AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Misir Qəzza ilə sərhədi açdı

  • + A
  • - A
  • 13-08-2020, 20:20

    Misir Qəzza ilə sərhədi açdı

    Misir Prezidenti Əbdülfəttah Sisi Qəzza ilə sərhəddə yerləşən “Rəfah” sərhəd-keçid məntəqəsinin üç gün müddətinə açılması barədə göstəriş verib.

    Azadmediaz xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar bu ilin martından bağlanan sərhəd-keçid məntəqəsi beş aydan çoxdur bir-birindən ayrı düşən fələstinli ailələrin qovuşması məqsədi ilə açılıb. Bu gündən başlayaraq avqustun 17-dək onlar Fələstinə və əks istiqamətə hərəkət edə biləcəklər.

    Qəzza sektoru ilə həmsərhəd olan Misirin Şimali Sinay vilayətinin qubernatorluğu ölkəyə daxil olan şəxslərin Səhiyyə Nazirliyi ilə birlikdə COVID-19 testindən keçirilməsi, onların qoruyucu maskalar taxması və sosial məsafəyə riayət etməsinə nəzarət edəcək.

    Fələstinin Misirdəki səfiri Diyab əl-Loh öz bəyanatında fələstinli ailələrin qovuşmasına və uzun müddətdir sərhəd bölgəsində onlara sığınacaq verilməsinə görə Prezident Əbdülfəttah əl Sisiyə təşəkkürünü bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR