İngilislər təcili bu ölkələrdən çıxır
Fransa, Hollandiya və Maltada tətildə olan minlərlə İngiltərə vətəndaşı iki həftəlik karantindən qaçmaq üçün təcili olaraq evlərinə qayıtmağa çalışır.
Axar.az xəbər verir ki, bunun səbəbi həmin ölkələrdə koronavirus infeksiyasına yoluxanların sayının son günlər rekord sayda artmasıdır.
İngiltərə hökumətinin verdiyi qərara görə, 15 avqustdan etibarən Fransa, Hollandiya, Malta, Monakoda koronavirusa yoluxanların sayının artması səbəbiylə bu ölkədən qayıdan şəxslər iki həftəlik karantinə alınacaqlar.