AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Filippinli nazir yenidən koronavirusa yoluxub

  • + A
  • - A
  • 16-08-2020, 11:00

    Filippinli nazir yenidən koronavirusa yoluxub

    Filippinin Daxili İşlər naziri Eduardo Ayno yenidən koronavirusa yoluxub.

    Azadmedia.az xəbər verir ki, 58 yaşlı nazir bu barədə açıqlamasında deyib.

    “Bir neçə müddətdir ki, özümü bitkin hiss edirdim. Koronavirusdan şübhələnərək test verdim. Təəssüf ki, analizlərin nəticələri müsbət oldu. Bu açıqlamanı ona görə edirəm ki, əlaqə qurduğum bütün insanların özlərini təcrid etsinlər. Səhiyyə Nazirliyinin tövsiyələrinə uyğun olaraq hər hansı simptomları müşahidə etsələr dərhal müvafiq tədbirlər görsünlər. Hamımız məsələyə ciddiyətlə yanaşsaq, koronavirusa qalib gələ bilərik”, - nazir qeyd edib.

    Hazırda Daxili İşlər naziri Eduardo Anyonun həkimlərin nəzarəti alltında olduğu bildirilir.

    Qeyd edək ki, ilk dəfə martda COVİD-19 diaqnozu qoyulan 58 yaşlı nazir bir müddət müalicə olunaraq evə buraxılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR