Aviasiya təhlükəsizliyi sahəsində tədris vəsaitləri hazırlanacaq.
AzadMedia.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında əksini tapıb.
Tədbirlər Planına əsasən, vəsaitlərin hazırlanması işi mütəmadi olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Hava Yolları QSC tərəfindən icra ediləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.