Bu gün seçicilərimizlə onlayn formatda növbəti görüşümüz keçirildi. 11 nəfər sakinimizi dinlədik, problemləri ilə maraqlandıq. Qarşılaşdıqları çətinliklərin həllinə çalışacağımızı bildirdik. Müzakirə etdiyimiz mövzular əsas etibarilə yaşadığımız həyatımızın gündəlik qayğılarını əhatə edir. Hər gün keçdikcə dairəmizin ehtiyaclarını daha yaxından öyrənirik və bu işdə bizə sakinlərimizin dəstəyi misilsizdir. Hər birinizə təşəkkür edirəm, əziz dostlar!
Gələn həftə daha bir görüş keçirməyi planlaşdırırıq. Kimin deyəcək sözü, müraciəti varsa, xahiş edirəm sosial şəbəkələrdəki profilimizə yazın, komanda üzvlərimiz sizinlə mütləq əlaqə saxlayacaq.
Bütün problemlərimizin həllinə birlikdə nail olacağıq - siz, biz, dövlətimiz! Biz birlikdə güclüyük!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.