13 nömrəli marşrut xətti üzrə avtobusun sürücüsü sərnişinə qoruyucu tibbi maskadan düzgün istifadə etməyi tövsiyə etdiyinə görə döyülüb.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
O qeyd edib ki, sürücü sərnişindən maskanı çənəsinin altından ağzına qaldırmağı, yoxsa sürməyəcəyini deyib. Bunun əvəzində isə sərnişin sürücüyə qarşı güc tətbiq edərək onu vurub.
Sərnişinin şəxsiyyətinin müəyyən edilərək, törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün müvafiq qurumlara müraciət olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.