AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəkidə avtoqəza nəticəsində 4 nəfər xəsarət aldı

  • + A
  • - A
  • 29-08-2020, 19:20

    Şəkidə avtoqəza nəticəsində 4 nəfər xəsarət aldı

    Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

    AzadMedia.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Şəki şəhəri Bəxtiyar Vahabzadə küçəsində baş verib. Ötmə əməliyyatı yerinə yetirən “Tofaş” markalı avtomobil qarşıdan gələn “Nissan Tiida” markalı avtomobilin sağ tərəfinə dəyərək yoldan çıxıb və ağaca çırpılıb. Nəticədə “Tofaş”da olan sürücü də daxil 4 nəfər – 17 yaşlı Mikayıl Cəbrayılov, 15 yaşlı Abdulla Əhmədov, 28 yaşlı Vüsal Abdulxalıqlı və 21 yaşlı Elvin Lətifov xəsarət alıblar. Yaralıları avtomobildən çıxarılaraq Şəki RMX-na çatdırıblar. Xəstəxanada yaralılara ilkin tibbi yardım göstərilib. Hazırda onların müayinəsi və müalicəsi davam etdirilir. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR