AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezidentdən qərar: Elşad Əliyev sədr müavini təyin edildi

  • + A
  • - A
  • 2-09-2020, 19:40

    Prezidentdən qərar: Elşad Əliyev sədr müavini təyin edildi

    Prezident İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsi sədrinə yeni müavin təyin edilməsi haqqında sərəncam imzalayıb.

    AzadMedia.az xəbər verir ki, sərəncama əsasən, Elşad Əliyev Dövlət Komitəsi sədrinin müavini təyin olunub.

    E.Əliyev yeni vəzifəsinə qədər Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru vəzifəsində çalışıb. Fond Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərir.

    Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini olan Faiq Quliyev avqustun 17-də Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR