AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ombudsman 82 min manata maşın aldı

  • + A
  • - A
  • 3-09-2020, 18:11

    Ombudsman 82 min manata maşın aldı


    İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) “İdeal Motors” MMC ilə maliyyə dəyəri 82 000 AZN olan müqavilə imzalayıb.

    AzadMedia.az xəbər verir ki, Ombudsman bu məbləğə şirkətdən nəqliyyat vasitəsi alıb.

    “İdeal Motors” MMC “Performance Center” şirkətinin rəsmi dileridir. Bu şirkət əsasən “Chevrolet”, “Baic” və “Jak” avtomobillərinin satışını həyata keçirir.

    Ombudsmanın şirkətdən bir, yoxsa bir neçə avtomobil aldığı bəlli deyil.

    Azərbaycanda İnsan hüquqları üzrə Müvəkkil Səbinə Əliyevadır. O, deputat Siyavuş Novruzovun həyat yoldaşıdır. Bir müddət əvvəl Səbinə Əliyeva və Siyavuş Novruzov xüsusi karantin rejimi dövründə təşkil edilən akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirak etdiklərinə görə gündəmə gəlmişdilər. Sonradan Siyavuş Novruzov bəyanat yayaraq Ramiz Mehdiyevin onları aldatdığını bildirib.(Yenisabah.az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR