Milli Məclis tarixində ilk
Azərbaycan Respublikası Milli Məclisi satınalmaların həyata keçirilməsi üçün açıq tender elan edilib.
Bu barədə rəsmi qəzetdə elan dərc olunub.
Tenderlə bağlı həmçinin www.etender.gov.az saytında da məlumat yerləşdirilib. Apardığımız araşdırmalara görə, satınalmaların açıq tender vasitəsilə həyata keçirilməsi Milli Məclis tarixində ilk haldır. Bu, parlament tərəfindən son dövrlərdə həyata keçirilən islahatların tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, son bir neçə ay ərzində parlamentin fəaliyyətinin səmərəliliyinin artırılması və ölkədə həyata keçirilən hərtərəfli islahatlar strategiyasına uyğunlaşdırılması məqsədilə Milli Məclisin Aparatında və İşlər İdarəsində islahatlar reallaşdırılıb.
Bu kontekstə açıq tender elan edilməsi satınalmaların şəffaf və qanunamüvafiq şəkildə həyata keçirilməsinə xidmət edir.