KÖNÜLLƏRƏ SIĞMAYAN ŞƏHƏR – “BAKI”
Odlar Diyarı AZƏRBAYCAN!
Paytaxtı – BAKI!
Könüllərə sığmayan könül dolu şəhər..
Küləklərlə sərhədsiz Küləklər şəhəri..
Binaları memarlıq baxımından qədim dövrlə müasir incəsənətin kəsişdiyi dildə danışan şəhər..
Şəhərin ən göstərişli modern binaları XX əsrin sonlarında və XXIəsrdə inşa edilən binalardır.
Elə bu baxımdan da, əksər ölkələr tərəfindən “Qafazların Parisi” adlandırırılır.
2000-ci ildə baş verən zəlzələdən sonra, 2003- cü ildə Bakının İçəri şəhər mərkəzi UNESCO-nun “Təhlükədə olan Dünya Xəzinəsi” siyahısına daxil edilmişdir.
Bakı “Qara Qızıl”ın mərkəzi- iqtisadiyyatının böyük bir qismi neft gəlirləri ilə qarşılanır. Ta 8.yüz illikdən qara qızılın mərkəzi sayılan şəhər 20.yüz illiyin başlanğıcından etibarən dünyanın ən böyük neft mərkəzlərindən birinə çevrildi.
Hətta II dünya müharibəsi ərəfəsində dünyanın göz bəbəyi olan Bakı hardasa, dünyanın neftə olan ehtiyacının yarısını qarşılayırdı.
Xəzər dənizindən Aralıq dənizi sahilinədək üç ölkəni birləşdirən boru kəməri -
“Bakı-Tbilisi-Ceyhan” (BTC) boru kəməri- hazırda əsasən Azəri-Çıraq Günəşlidən hasil edilən nefti və Şahdənizdən hasil olunan kondensatı Azərbaycandan nəql edir. O, Bakı yaxınlığındakı Səngəçal terminalından başlayıb Azərbaycandan, Gürcüstandan və Türkiyədən keçərək Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalınadək uzanır. Bundan əlavə, Türkmənistandan gələn xam neft də bu boru kəməri vasitəsilə nəql olunmaqda davam edir..
Qeyd edim ki, 1768 km-lik uzunluğu boyu yerə basdırılmış boru kəmərinin 443 km-i Azərbaycandan, 249 km-i Gürcüstandan və 1076 km-i Türkiyədən keçir.
Şəhərin adı farscadan gəlib- “Badü kubə” sözündən törənib- “Küləklər şəhəri”. İslam dini fəlsəfəsində Allahın 99 mübarək adının 96-cısının əl-Bakiy olması da məlumdur.. Bir çox səyyahların əsərlərində isə, Bakı adı müxtəlif cür təqdim olunmaqdadır. Məsələn, XVII əsrdə Qarrits “Baca”, Adam Oleari “Bakuie” kimi təqdim etmişdir.
Ümumiyyətlə isə, Abşeron yarımadasında rast gəlinən adlar əsasən burda yaşayan tayfaların, əhalinin adları ilə bağlı olmuşdur.
Xüsusilə, Bakı SSRİ-nin dağılmasından sonra yeni tikililəri ilə əsrarəngiz bir görünüşə sahib oldu.
Belə ki, olduqca önəmli ticarət yolları üzərində yerləşməsi, Xəzəri dənizi sahili, eyni zamanda, sahib olduğu onlarca təbii ehtiyatları ilə hər daim əksər ölkələrin diqqətində olub.
Xəzər dənizində olan ən önəmli liman şəhəri Bakı- “Beynəlxalq Dəniz Ticarət Limanı”dır. Azərbaycanın Sənaye mərkəzi olan Bakı bir çox böyük iş qurumlarının mərkəzidir, eyni zamanda.
Kitabxana, teatr, kino, sərgi salonları və daha sayılmayan onlarca abidələr..
Bakının şəhər mərkəzi “İçərişəhər” və bu ərazi XII əsrdə tikilmiş hündür divarlarla əhatə olunub. UNESCO tərəfindən qorunan bölgədə 50-dən çox tarixi abidə var - Şirvanşahlar Sarayı, Sınıq Qala və Qız Qalası İçərişəhərdə görə biləcəyiniz əsrarəngiz əsərlərdir.
Ticarət fəaliyyəti ilə yanaşı, mədəniyyət sahəsində də, böyük ilklərə imza atan Bakı- 57. Avrovision mahnı yarışının, Beynəlxalq Muğam müsabiqəsinin, Avropa Oyunlarına Ev Sahibliyi ilə yanaşı, Avropa Grand Prix olaraq adlanan Formula 1 müsabiqələrinə də ev sahibliyi edib.
Bakıya daxil olduğunuzda, o sizə əyləncə baxımından bir çox fərqli alternativ təklif edir. Xüsusilə, dəniz kənarında və Fəvvarələr meydanında bir çox əyləncə məkanı var. Şəhərin ən vacib strukturları arasında Alov Qüllələri də yer alır. 2012-ci ildə Eurovision mahnı müsabiqəsinin təşkil olunduğu Fire Towers Bakının simvolik binaları arasındadır..
Bakı 14 illik fasilədən sonra yenidən bədii gimnastika üzrə sayca 37-ci dünya çempionatına ev sahibliyi edib.
Təkcə, 2015-dən 2017- dək nəzər yetirdikdə sözsüz ki, ən böyük idman hadisələri Bakıda 2015-ci ildə təşkil olunan ilk Avropa Oyunları və 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunlarıdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi hər iki idman tədbirində qarşıya qoyulan vəzifələri uğurla həyata keçirdi. Ölkə rəhbərliyinin diqqət və qayğısı, Təşkilat Komitəsinin yüksək təşkilatçılığı sayəsində həm “Bakı-2015”, həm də “Bakı-2017”nin yarışlarının yüksək səviyyədə baş tutmasına lazımi şərait yaradıldı.
Bildiyimiz kimi, əldə olunan nailiyyətlər, qazanılan uğurlar onu deməyə əsas verir ki, Azərbaycanın Birinci vitse-prezidenti, AGF-nin prezidenti Mehriban xanım Əliyevanın ötən 18 il ərzində federasiyaya rəhbərliyi, səmərəli fəaliyyəti ölkəmizdə gimnastikanın dinamik inkişafı, idmanın bu növünün kütləviliyinin artırılması, bölgələrdə ən müasir idman mərkəzlərinin yaradılması, beynəlxalq aləmdə parlaq nailiyyətlər ilə müşahidə olundu.
İqlimi yazı isti və rütubətli, qışı soyuq, quru və küləkli olan Bakı.. Xəzər dənizinin təsiri ilə burada temperatur fərqi qurunun bir çox hissəsindən daha azdır. Əlavə olaraq illik ortalama istiliyin 14 dərəcə olduğunu söyləyə bilərik.
Nəzərəinizə çatdırım ki, küləklər şəhərinin ən vacib meydanlarından biri də, bayraq meydanıdır. Şəhərin mərkəzində yerləşən və Xəzər dənizinə sahili olan meydan dünyanın ən böyük bayraq dirəyinə ev sahibliyi etməkdədir. Üçrəngli Azərbaycan bayrağımızın dalğalandığı dirək 162 metr uzunluğundadır. Bulvar boyunca gəzdiyiniz zaman bayraq meydanına rahatlıqla çata bilərsiniz.
Şərqin ürəyi Bakıda yerinə görə, Türk, Qafqaz, İran və Orta Şərq yeməklərinin yeyilə biləcəyi restoranlara da tez-tez rast gələ bilərsiniz. Burada ədviyyatlar da ön plandadır- xüsusilə Zəfəran və s. Şəhər dənizdə olduğundan balıq məhsulları da tez-tez istehlak olunur – Xəzərin Qara Kürüsü dünyada olduqca məşhurdur..
Bir sözlə, Bakı tarixi bir şəhər olsa da, yemək, içmək və alış-veriş baxımından da, olduqca zəngin şəhərdir..
Siyasi xadim, müasir müstəqil dövlətimizin banisi, xalqımızın ulu öndəri Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, Azərbaycanın XXI əsrdə yeni lideri olan İlham Əliyev öz dövründə zamanı qabaqlayan, möhkəm xarakterə malik kamil şəxsiyyət kimi yetişib və bu, Prezidentimizin istər daxili, istərsə də xarici siyasətdə atdığı hər bir addımda özünü mütləq şəkildə göstərməkdədir. O, narahat bir regionda yerləşən Azərbaycanı təhlükəsizlik adasına, müasir iqtisadiyyata malik ölkəyə, dünyada söz və nüfuz sahibinə çevirməklə yanaşı Paytaxt Bakımızı da Şərqin Modern Şəhərinə çevirib!
ÜLKƏR PİRİYEVA – POLİTOLOQ