AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputatdan “Kontakt Home”la bağlı açıqlama: “İstefa vermişəm”

  • + A
  • - A
  • 10-09-2020, 21:40

    Sosial şəbəkələrdə və bəzi elektron informasiya vasitələrində gedən status və yazılarda adımın hallandırılmasından xəbərdaram və hesab edirəm ki, hər kəsin azad düşüncə və fikir bildirmək hüququ olduğundan buna normal yanaşmaq lazımdır.

    Bu sözləri Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

    Millət vəkili vurğulayıb ki, altıncı çağırış Milli Məclisə deputat seçilməsindən sonra sahibkarlıq fəaliyyətinə son qoyub və şirkətdəki vəzifəsindən istefa verib: "Deputat olaraq fəaliyyətim göz qabağındadır və təəssüf edirəm ki, bəzən bu məzmunlu informasiyalar hazırki fəaliyyətimə kölgə salmaq və qərəzli niyyətlə edilir”.

    Elnur Allahverdiyev qeyd edib ki, mart ayından bu yana müsahibə və açıqlamalarında sahibkarlıq fəaliyyətini dayandırdığını dəfələrlə bildirib: "Düşünürəm ki, professional jurnalist və ya bloggerlər bunu bilməmiş deyillər. Bununla belə, onlara fəaliyyətlərində uğurlar arzu edirəm, sadəcə, bəzi qarayaxmalara görə təəssüf hiss keçirirəm. Mənə elə gəlir, professionallıq nöqteyi-nəzərdən bu, onların özlərinin obyektivliyi üçün də ziyanlı mövqedir”.

    Qeyd edək ki, sosial şəbəkələrdə "Müştəriyəm şikayətim var" adlı səhifədə "Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər yer alıb. Həmin səhifənin Milli Məclisin deputatı Elnur Allahverdiyevin rəhbəri olduğu şirkət tərəfindən alındığı və şərhlərin silinməsi ilə bağlı iddialar səslənirilib. Səslənən iddialardan biri də həmin şirkətə hələ də deputatın rəhbərlik etməsi ilə bağlı fikirlər idi.Teleqraf


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR