AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TƏBİB rəsmisi Tofiq Yaqublunun vəziyyəti haqqında: “Həyati təhlükəsi yoxdur“ - YENİLƏNİB

  • + A
  • - A
  • 17-09-2020, 21:25


    “Tofiq Yaqublu artıq 16 gündür aclıq elan edib. Biz ayın 11-i onu 3 saylı İstintaq Təcridxanasının sanitar-tibbi hissəsində müayinə etdik”.

    Bu sözləri Oxu.Az-a açıqlamasında tibbi ekspert Adil Qeybulla deyib.

    Onun sözlərinə görə, T.Yaqublu israrla aclıq aksiyasına davam edəcəyini deyir:

    “Onun vəziyyəti ilə bağlı özünə məlumat verdik. Xahiş etdim ki, bəzi fəsadların qarşısını almaq üçün ona elektrolit köçürülməsini təmin edək. T.Yaqublu razılıq verdikdən sonra sanitar tibbi hissənin həkimlərinin köməyi ilə dərman təchizatı təmin edildi. T.Yaqublu tam razı şəkildə öz yerinə qayıtdı”.

    A.Qeybulla bildirib ki, daha sonra aidiyyəti qurumlara müraciət edərək T.Yaqublunu tibb müəssisələrindən birinə (“City Hospital”a) köçürdük:

    “Burada onun üçün hər cür şərait yaradılıb. Lakin o aclığı davam etdirməkdə israrlıdır. Buna baxmayaraq, dəstək müalicəsi davam edir. Gündəlik yoxlamalar həyata keçirilir, qan təhlilləri yoxlanılır. Düşünürəm ki, bütün bunlar nəzərə alınaraq yaxın zamanda bu məsələ öz müsbət həllini tapacaq”.

    A.Qeybulla onu da qeyd edib ki, T.Yaqublunun Apelyasiya məhkəməsinin sentyabrın 28-nə təyin edilməsindən xəbəri var.

    21:09

    “Lazım olan bütün zəruri tibbi tədbirlər görülür. Müvafiq olaraq qida qəbul eləməsə də, orqanizmə lazım olan məhlullar köçürülür”.

    Bu sözləri Oxu.Az-a açıqlamasında Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev deyib. O bildirib ki, tibbi müdaxilənin hesabına T.Yaqublunun bugünkü vəziyyəti stabil olaraq saxlanılır:

    “Onun vəziyyəti ilə bağlı şərait yaradılıb. Tibbi yardımı adekvatdır. Həyati təhlükəsi yoxdur. Ancaq aclığı dayandırması çox vacibdir. Bunu həm biz, həm də həkim heyəti ona tövsiyə edib. Orqanizmi daha da pis vəziyyətə gətirməmiş aclığı dayandırsa, daha yaxşı olar”.

    21:01

    “Tofiq Yaqubluya tibbi baxış keçirildi. Onun ümumi vəziyyəti kafi-ağır olaraq qiymətləndirildi”.

    Bu barədə Oxu.Az-a açıqlmasında TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev deyib.

    O bildirib ki, T.Yaqublunun təcili surətdə aclıq prosesini dayandırması təklif edilib:

    “Aclıq aksiyası davam edərsə, metobolizmada gedən dəyişikliklər arta, onun vəziyyəti də ağırlaşa bilər. Hazırda vəziyyəti qiymətləndirilib və həyati təhlükəsi yoxdur. Amma ümumi fonda vəziyyəti kafi-ağır olaraq qiymətləndirilir”.

    O, qeyd edib ki, T.Yaqublu yemək yeməsə də, su qəbul edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR