“Ermənistan rəhbərliyi kənardan günahkar axtarmasın, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir”.
Demokrat.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putinin ən yaxın adamlarından sayılan “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojin bəyan edib.
Vladimir Putinin dostu kimi tanınan Yevgeni Priqojin Azərbaycanın öz ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımları dəstəkləyib.
O həmçinin bildirib ki, Ermənistan rəhbərliyinin Rusiyadan inciməyə haqqı yoxdur:
“Paşinyanın Qarabağ müharibəsi ilə bağlı kənardan günahkar axtarmağa ehtiyac yoxdur. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.