Beynəlxalq ictimaiyyət Qarabağ və Azərbaycan torpaqlarının bir hissəsi işğal edilərkən səssizliyə bürünmüşdü.
“Haber Global” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
O bildirib ki, qardaş Azərbaycan xalqı illərlə həm işğalın, həm də itkilərin acısı ilə yaşayıb:
“Azərbaycan ordusu Ermənistanın hücumlarına cavab vermək üçün sürətlə hərəkətə keçdi. Türkiyə olaraq ən başdan bəri bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Azərbaycanın işğal altındakı ərazilərini qurtarmaq savaşında dəstəkləmək hər şərəfli dövlətin borcudur. Yenidən, bir daha azərbaycanlı qardaşlarımıza qəzanız mübarək olsun deyirəm”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.