AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin Bəyanatı

  • + A
  • - A
  • 6-10-2020, 10:20


    Azərbaycan Respublikası Silahlı Qüvvələrinin separatçı qondarma rejimə qarşı apardığı uğurlu hərbi əməliyyatlara tab gətirə bilməyən işğalçı Ermənistan bu səfər dinç və silahsız əhalini qəsdən hədəfə almışdır.

    Belə ki, son günlər münaqişə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, qədim tarixə malik Gəncə şəhərini, eləcə də Beyləqan və Tərtər, Mingəçevir şəhərlərini, Füzuli rayonunun Horadiz şəhəri, Bərdə, Ağdam, Ağcəbədi, Cəbrayıl, Xızı və Abşeron rayonu, habelə, mülki əhalinin sıx məskunlaşdığı digər yaşayış məntəqələrini Ermənistan ərazisindən, o cümlədən Gorus, Sisian, Vardenis, Cermuk və Berd şəhərlərindən ağır artilleriya və raketlərdən istifadə etməklə atəşə tutmuş, dinc əhali arasında çoxsaylı insan ölümünə və yaralanmasına, mülki evlərə, tarixi və mədəni abidələrə, inzibati binalara və digər sosial obyektlərə ciddi ziyan vurulmasına səbəb olmuşdur.

    Xüsusi raket sistemlərindən istifadə etməklə, mülki əhalini hədəf seçən işğalçı Ermənistan BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüquq normalarını, Cenevrə Konvensiyalarını, xüsusilə, Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında Konvensiyasının “Silahlı münaqişə zamanı, mədəni sərvətlərin mühafizəsi haqqında” Haaqa Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müddəalarını kobud şəkildə pozmaqla, öz təcavüzkar siyasətini, müharibə cinayətlərini dünya ictimaiyyətinə bir daha sübut etmişdir.

    AzadMedia.az saytına açıqlamasında - “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) sədri Çingiz Bayramov, “Dünya ictimaiyyətini beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş və mülki əhalinin qətlə yetirilməsi ilə nəticələnən müharibə cinayətlərini törətməkdə davam edən Ermənistandan, insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına səbəb olan cinayətkar əməllərdən çəkinməklə, işğala son qoymasını tələb etməyə və beynəlxalq hüquqi məsuliyyət müəyyən edən qətiyyətli addımlar atmağa çağırdı”.

    “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi adına, TUMİB sədri Çingiz Bayramov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR