Magistral qaz kәmәrlәri ilә 21 milyard 515,5 milyon kub-metr qaz nәql edilib.
Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən, әvvәlki ilin müvafiq dövrünә nisbәtәn bu sahədə 8 faiz artım müşahidә olunub.
Qaz nәqli 40,6 faizi Bakı Tbilisi-Әrzurum Cәnubi Qafqaz boru kәmәri vasitәsilә hәyata keçirilib vә 8 milyard 736,2 milyon kub-metr qaz ötürülüb.
Magistral neft kәmәrlәri ilә 26 milyon 577,4 min ton neft nәql edilib. Nəqletmәnin 79,6 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kәmәri ilә hәyata keçirilib.
Cari ilin yanvar-sentyabr ayları әrzindә bu kәmәr vasitәsilә 21 milyon 146,9 min ton neft ötürülüb. Dövr әrzindә BTC kәmәri ilә 3 milyon 53,2 min ton tranzit nefti dә nәql edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.