Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından 2020-ci ilin yanvar-avqust aylarında 2 milyard 889 milyon ABŞ dolları gəlir əldə edib.
Bu barədə Azərbaycan Dövlət Neft Fondundan məlumat verilib.
Bildirilib ki, bu ilin yanvar-avqust aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 2 milyard 657 milyon ABŞ dolları gəlir götürüb.
Göstərilən müddətdə “Şahdəniz” yatağından isə (qaz və kondensat da daxil) 232 milyon ABŞ dolları, o cümlədən kondensatın satışından 166 milyon ABŞ dolları əldə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.