AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Qarabağ Yeni Sosial İqtisadi İnkişaf Modeli" mövzusunda Onlayn konfrans keçirilib

  • + A
  • - A
  • 9-12-2020, 21:42


    9 dekabr tarixində Azərbaycan Gənc Sahibkarlar Klubunun təşkilatçılığı ilə “Qarabağ Yeni Sosial İqtisadi İnkişaf Modeli” mövzusunda Onlayn konfrans keçirilib.

    İctimai.az xəbər verir ki, konfransda millət vəkilləri, ictimaiyyət və media nümayəndələri, yerli və beynəlxalq investorlar iştirak edib.
    Konfransın moderatoru, Azərbaycan Gənc Sahibkarlar Klubunun koordinatoru Anar Sarıyev tədbir iştirakçılarını salamlayıb, onları Zəfər bayramı münasibətilə təbrik etmiş, şəhid olan qəhrəmanlarımıza rəhmət, qazilərə şəfalar diləmişdir.

    Anar Sarıyev qeyd edib ki, bizlərə bu anları yaşadan Ali Baş Komandan, cənab Prezident İlham Əliyev Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdırmışdır.
    O qeyd edib ki, Azərbaycan Gənc Sahibkarlar Klubu Qarabağın inkişafında mümkün iqtisadi və imvesitiya potensialının təbliği istiqamətində görüləcək işlərdə yaxından iştirak edəcək. Bu istiqamətdə yerli və beynəlxalq investorlarla əməkdaşlıqlar qurulacaq, silsilə tədbirlər həyata keçiriləcək.

    Daha sonra Millət vəkilləri Eldəniz Səlimov, Tamilə Əliyeva, Cavid Osmanov çıxışlarında Qarabağın mümkün faydalı qazıntı və turizm potensiallarından bəhs etmiş, yerli və beynəlxalq investorların cəlb edilməsi, regionun əhəmiyyəti barədə tədbir iştirakçılarını məlumatlandırmışlar.

    Bununla yanaşı tədbirdə “Regionların Hüquqi İqtisadi Maarifləndirilmə” İctimai Birliyinin sədri Arzu Bağırova, “Palıd Group” şirkətinin rəhbəri Əjdər Məmmədov, həmçinin Beynəlxalq Uğur qazanmış Qadınlar Təşkilatının Azərbaycan təmsilçisi Nazilə Məmmədova çıxış etmiş və öz təkliflərini konfrans iştirakçılarına çatdırmışdır.
    Qeyd edək ki, konfransa qardaş Türkiyədən iş adamları qatılmış, Qarabağda yenidənqurma işlərində yaxından iştirak edəcəklərini vurğulamışlar.

    Sonda “Gənclər Mərkəzi” İctimai Birliyinin sədri Kənan Qubadzadə çıxış etmiş, tədbir təşkilatçıları və iştirakçılarına öz təşəkkürünü bildirmişdir.

    Konfransı izləmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz:

    https://drive.google.com/file/d/1H1vgwY7p4wlHLFzQtHDtdsY3fuZH3ghp/view?usp=drivesdk

    Konfransdan fotoları təqdim edirik








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR