AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan: "2023-cü il yeni bir zəfər ili olacaq"

  • + A
  • - A
  • 19-12-2020, 16:39



    "Ölkəmizin qarşısını kəsməyə çalışanlar həmd olsun, indiyədək uğur qazanmadılar”.

    Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Şimali Mərmərə avtomobil yolunun açılış mərasimində bildirib.

    "Türkiyənin suverenlik haqlarını müdafiə etməkdən əsla çəkilməyəcəyik. Bunu qəbul etdirəcəyik. Təhdid, riyakarlıq və badalaqla ölkəmizi diz çökdürmək istəyənlərə buradan bəyan edirəm: sizləri məyus etməyə davam edəcəyik. Bu günlərə gətirib çıxardığımız mübarizəni qələbə qazananadək dayanmayacağıq.

    Adı millət olan, əslində zillət vəziyyətinı düşmüş PKK terror qruplaşması ilə iç-içə olnlara müraciıt edirəm: 2023-cü il "Cumhur İttifaqının” yeni bir zəfər ili olacaq. İnşallah millətimizə verdiyimiz hər sözə əməl edib 2023-cü ilə alnı açıq, üz ağ çıxacağıq”, - Türkiyə prezidenti vurğulayıb.

    Rəcəb Tayyib Ərdoğan ABŞ-ın sanksiyaralına cavab olaraq danışıqlara və problemləri həll etməyə həmişə hazır olduqlarını da bildirib.

    O, Qaziantəp şəhərində özəl xəstəxanada baş vern partlayış nəticəsində 9 nəfərin öldüyünü bildirib, ölənlərə Allahdan rəhmət diləyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR