AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cavid Qurbanovdan Şəhid qəhrəmanımız Xudayarın əziz xatirəsinə möhtəşəm ithaf -VİDEO

  • + A
  • - A
  • 22-12-2020, 09:12


    Vətən Müharibəsi Millət və Dövlət olaraq əzəmətimizi və böyüklüyümüzü üzə çıxarmaqla yanaşı bu vətən uğrunda sirin canından keçən minlərlə igidimizi də bizlərə tanıtdı. Məkanları cənnət olsun və Azərbaycan adlı məmləkət var olduqca onları sonsuz rəhmət və minnətdarlıqla yad etməyə, xatirlərini əbədəlişədirərək min illər boyu yaşatmağa borcluyuq.


    Vətən Müharibəsinin parlaq simalarından biri də ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunan Xudayar Yusifzadə oldu. Onun döyüşlərin qızğın çağında oxuduğu "Vətən yaxşıdır" mahnısı qısa zamanda dillər əzbəri oldu.

    Yeri gəlmişkən, Moderator.az Şəhid igidimizə həsr olunmuş bir şeir də əldə edib və onu çoxminli oxucularımızla paylaşmağı özümüzə borc bilirik. Xatırladaq ki, şeirin müəllifi "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovdur.

    Duman gəldi, dağ dumanda əridi,
    Yağı düşmən ətrafları bürüdü.
    Ana yurdun bülbül səsli igidi,
    Nəğmələrin Səndən qaldı yadigar,
    Şəhid balam, şəhid oğlum, Xudayar!

    Sən daşıydın, torpağıydın Vətənin,
    Ağacıydın, budağıydın Vətənin,
    Nəğməli bir qonağıydın Vətənin,
    Sən gedəli o dağlara yağdı qar,
    Şəhid balam, şəhid oğlum, Xudayar!

    Unudarmı oba Səni, el Səni?!
    Unudarmı çəmən, çiçək, gül Səni?!
    Unudarmı duman Səni, çən Səni ?!
    Hər ürəkdə Sənin üçün xeymə var,
    Şəhid balam, şəhid oğlum, Xudayar!

    Dastan deyib, dastan olan igidim,
    Döyüşündə aslan olan igidim,
    Şəhidliklə zirvə tutan igidim,
    Ruhun cənnət, yerin olsun laləzar,
    Şəhid balam, şəhid oğlum, Xudayar!



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR