ABŞ Federal Təhlükəsizlik Xidməti Konqresin binasına daxil olanlarla bağlı araşdırmalara başlayıb və vətəndaşlardan Vaşinqtonda iğtişaşlarda iştirak edənlərin şəxsiyyətinin aşkarlanmasına kömək etmələrini xahiş edib.
“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə FTX-nin saytı məlumat yayıb.
Qeyd edək ki, dünən Donald Trampın tərəfdarları seçkilərin nəticələrinə etiraz olaraq Konqres binası qarşısında aksiya keçirib, daha sonra binaya daxil olublar.
Təhlükəsizlik qüvvələri daha sonra onları binadan çıxarmağa nail olub.
Toqquşmalar nəticəsində ölənlərin və xəsarət alanların olduğu bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.