AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türk Hava Yollarının tələbələr üçün olan kampaniyasının təqdim etdiyi avantajları

  • + A
  • - A
  • 9-01-2021, 16:20


    Türk Hava Yollarının tələbələr üçün olan kampaniyasının təqdim etdiyi avantajlardan Türk Hava
    Yollarının rəsmi veb say; və mobil tətbiqi üzərindən yararlanmaq mümkündür.


    Bu kampaniya çərçivəsində tələbə sərnişinlər %20-dək endirim haqqı, 40 kq baqaj haqqı, bir
    dəfə üçün ödənişsiz bilet dəyişiklik haqqı qazana bilir. Əlavə olaraq tələbələr 2021-ci ilin
    sonunadək 25% daha çox uçuş mili qazanmaq imkanı və Xoşəldin milləri qazanır.

    Bu avantajlar ilə bilet əldə etmək üçün tələbələr biletlərini 15 Fevral 2021-ci il tarixinədək əldə
    edə bilər. Uçuş tarixi isə 18 İyun 2021-ci ilədək seçilə bilər.

    Tələbələr üçün avantajlı endirimlər kampaniya bitdikdən sonra fərqli formatda davam edəcəkdir.
    Tələbə fürsətlərindən yararlanmaq üçün sərnişinlər aşağıdakı 3 addımı izləməlidir.
    1. Miles&Smiles üzvü olmalıdırlar.

    2. Miles&Smiles hesablarında özlərini tələbə kimi qeyd etməlidirlər. Bunun üçün Tələbə
    Müraciət Formu doldurulmalıdır.

    3. Avantajlı biletləri almaq.

    Daha ətraflı məlumat aşağıdakı linkdən əldə edilə bilər.

    My Webpage


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR