Ərdoğan Türkiyənin gələcəyini Avropada görür
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının başçısı Ursula fon der Lyayenlə videokonfrans formatında görüşüb.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə türkiyəli liderin dəftərxanasından bildirilib.
“Danışıqlar zamanı Türkiyə ilə Aİ arasında ikitərəfli inkişaf məsələləri, o cümlədən regional hadisələr müzakirə olunub. Prezident Ərdoğan danışıqlarda bildirib ki, Aİ Türkiyənin gündəmində prioritet mövqe tutur. O, həmçinin Türkiyənin gələcəyini Avropada gördüyünü bildirib”, - məlumatda deyilir.