Rusiyanın Moskva vilayətinin Stupinski rayonunda yerləşən hərbi hissənin komandiri intihar edib.
Bu barədə TASS məlumat yayıb.
“30 258 saylı hərbi hissənin komandiri özünə qəsd edib. Həkimlər onu xilas etmək istəsə də, bu mümkün olmayıb.O, təcili tibbi yardım maşınında ölüb”, - deyə nəşr qeyd edib.
Faktla bağlı araşdırma başladılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.