AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pens Trampı hakimiyyətdən uzaqlaşdırmaqdan imtina etdi

  • + A
  • - A
  • 13-01-2021, 09:20



    ABŞ-ın vitse-prezidenti Maykl Pens amerikalı lider Donald Trampı hakimiyyətdən uzaqlaşdırmaqdan imtina edib.

    Azadmedia.az “TASS”a istinadən bildirir ki, müvafiq bəyanat Ağ Evin ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə ünvanladığı məktubda yer alıb.

    Belə ki, Pelosi Pensi ölkə Konstitusiyasının 25-ci düzəlişin müddəalarından istifadə etməklə Trampı hakimiyyətdən kənarlaşdırmağa çağırırdı. “Mən hesab etmirəm ki, hadisələrin bu cür inkişafı ölkəmizin mənafeyinə cavab verir, yaxud da bizim Konstitusiyamıza uyğundur”, - deyə vitse-prezident öz qərarını izah edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR