AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Belçikada qatar faciəsi

  • + A
  • - A
  • 19-01-2021, 10:44

    Belçikada qatar faciəsi

    Azadmedia.az xarici mətbuata istinadən məlumat verir ki, Belçikanın Erinn yaşayış məntəqəsində dəmir yol keçidində sərnişin qatarının avtomobillə toqquşması nəticəsində 3 nəfər həlak olub.

    Belə ki, hadisə bazar ertəsi gecə yarı baş verib. Yerli hakimiyyətin məlumatına görə, avtomobilin sürücüsü işıqforun qadağanedici siqnalına əhəmiyyət verməyərək şlaqbaumu keçib. Hadisə zamanı həlak olanların üçün də gənclərdir. Ölənlər avtomobilin sərnişinləridir.

    Qeyd edək ki, Avtomobillə toqquşmuş qatar Brüssel-Turne marşrutu üzrə hərəkət edirmiş.

    Hadisə ilə bağlı yaranmış qısa yubanmadan sonra qatarların hərəkəti bərpa olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR