AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

5G-nin COVID-19 infeksiyası ilə bağlılığı..

  • + A
  • - A
  • 19-01-2021, 11:16

    Ən çox isə (tədqiqat iştirakçılarının 21% -i tərəfindən qeyd edilib) "COVID-19 və 5G texnologiyası arasında əlaqə tapan nəzəriyyələrə rast gəlinib.

    Beşinci nəsil (5G) rabitə şəbəkələrinin yerləşdirilməsi ilə koronavirus infeksiyalarının sayının artması arasında əlaqə demək olar ki, yoxdur.

    RİA Novosti xəbər verir ki, "Deloitte" beynəlxalq konsaltinq şirkəti tərəfindən aparılan bir araşdırma bunu sübut edib.

    5G-nin COVID-19 infeksiyası ilə bağlılığı..
    Araşdırmada deyilir ki, 2020-ci ildə geniş yayılmış 5G-nin sağlamlığa təsiri ilə bağlı miflərdən biri də 5G şəbəkələrinin yayılması ilə COVID-19 infeksiyalarının artması arasındakı uydurma əlaqədir.

    Belə ki, 5G texnologiyasının COVID-19 ötürməsi "nəzəriyyəsi sadəcə gülüncdür, çünki bu mümkün deyil. COVID-19 hava damcıları ilə yayılan və insandan insana ötürülən bir virusdur. Viruslar radio dalğaları vasitəsi ilə yayıla bilməz".

    Analitiklər qeyd edir ki, digər bir mif isə, 5G-nin insanların immunitet sistemini zəiflətməsi və onları yoluxucu xəstəliklərə daha həssas edən radiasiya mənbəyi olmasıdır.

    Analitiklərin fikrincə, bu da səhvdir.

    Böyük Britaniyanın media tənzimləyici qurumu "Ofcom"-un 2020-ci il iyun ayının sonunda apardığı araşdırmaya görə, anket məlumatları dərc olunana qədər olan son bir həftədə respondentlərin 29 faizi COVID-19 haqqında yalan və ya səhv məlumatlarla qarşılaşıb.

    Ən çox isə (tədqiqat iştirakçılarının 21%-i tərəfindən qeyd edilib) "COVID-19 və 5G texnologiyası arasında əlaqə tapan nəzəriyyələrə rast gəlinib.

    Tədqiqat müəllifləri 5G-nin COVID-19 infeksiyasına təsiri ilə bağlı nəzəriyyələrin 2020-ci ildə olduğu kimi 2021-ci ildə də geniş yayılacağını proqnozlaşdırırlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR