AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hökumətdən 190 manatla bağlı açıqlama

  • + A
  • - A
  • 19-01-2021, 18:40


    Nazilər Kabineti işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən şəxslərə birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin yanvar ayı üçün verilib-verilməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

    Hökumətdən AzadMedia.az-a bildirilib ki, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmışdi.

    "Bu müddət bir ayı əhatə edib. Bununla əlaqədar olaraq da ötən il dekabrın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara cari ilin yaşayış minimumu həcmində birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin köçürülməsi başa çatdırılıb”, - Nazirlər Kabinetdən vurğulanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR