AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-ın ən yaşlı prezidenti seçilən 78 yaşlı Co Bayden 46-cı prezident olacaq

  • + A
  • - A
  • 20-01-2021, 08:23

    Çərşənbə günü Amerikada yeni prezident vəzifəsinin icrasına başlayacaq. Andiçmə mərasimindən öncəki son bir neçə ay mübahisələr və zorakılıqla yadda qalıb. Çox sayda amerikalı prezident seçilən Co Baydenin qələbəsini qəbul etməkdə çətinlik çəkib.

    Co Bayden bu açıqlamanı qeyri-müəyyən olan seçkinin nəticələrinin dörd gün sonra bəlli olmasından sonra etdi.

    “Bu ölkənin insanları öz sözlərini dedilər. Onlar bizi aydın inandırıcı qələbə ilə təmin etdilər,”ABŞ prezidenti seçilən Co Bayden bildirdi.

    Lakin buna baxmayaraq, prezident Donald Tramp seçki nəticələrini sual etməyə davam etdi. Onun tərəfdarları ilə keçirdiyi mitinq ABŞ Kapitolisinə hücumla nəticələndi.
    ABŞ-ın ən yaşlı prezidenti seçilən 78 yaşlı Co Bayden 46-cı prezident olacaq
    Hazırda Kapitoli bir qəsrə çevrilib. İnaqurasiya səhnəsi izləyicilərdən çox uzaqda qurulub.

    Tədbirin keçiriləcəyi yerin ətrafına çox sayda polis, o cümlədən Milli Qvardiyanın 25 min üzvü yerləşdirilib.

    Trampdan fərqli olaraq prezident seçilən Co Bayden təcrübəli siyasətçidir. Tramp isə vəzifəyə gəlmədən öncə biznesmen idi.

    “Mən indi dəhşətli bir şey deyəcəm. Mən hökumətin necə işlədiyini bilirəm,” Bayden deyib.

    Bayden təxminən 50 ildir vəzifə sahibidir. O, iki müddət prezident Barak Obamanın vitse-prezidenti vəzifəsində çalışıb.

    Bundan öncə Delaver seçiciləri onu altı dəfə ABŞ Senatına seçiblər.

    Bayden Senata ilk seçiləndən bir ay sonra onun həyat yoldaşı və körpə qızı avtomobil qəzasında həyatlarını itiriblər, iki oğlu isə həmin qəzada yaralanıb.

    Senator Bayden oğlanları ilə vaxt keçirmək üçün hər gecə qatarla 90 dəqiqə Vaşinqtondan Delaverə gedib. Vilminqton dəmiryolu stansiyasına onun adı verilib.

    Bayden anevrizmalarını müalicə etmək üçün iki dəfə beyin əməliyyatı keçirib. 2015-ci ildə o vitse-prezident olduğu dövrdə oğlu Bo beyin xərçəngindən vəfat edib.

    Bayden və universitet professoru olan həyat yoldaşı Cill Delaverin 70 000 əhalisi olan Vilminqton şəhərində yaşayırlar.

    Hazırda şəhərin küçələri snayperlər və avto karvanlarla doludur.

    Bak Simpers uzun müddətdir bu şəhərin sakinidir.

    “Bu heç nəyə mane olmur. Sadəcə bir az səbrli olmaq, eyni zamanda isə qürurlanmaq lazımdır,” o deyib.

    Şəhər sakinləri prezident seçilən Co Baydenə milkşeyk və çizsteyk sevən şəhərin doğma övladı kimi baxır. Şəhər sakini Bob Börd Baydeni tez-tez 1967-ci ilə aid kabriolet idman avtomobilini idarə edərkən görürdü.

    “Onun köhnə `Corvette`i var və biz Baydeni arada bir onu sürərkən görürdük,” o deyib.

    İndi isə ən yaşlı prezident seçilən 78 yaşlı Bayden qarşıda onu gözləyən böyük siyasi sınağa hazırlaşır. Bu, qütbləşmiş ölkəni gələcəyə doğru aparmaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR