AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ölkə xaricində yaşamaqla aliment məsuliyyətindən qaça bilməyəcəklər

  • + A
  • - A
  • 25-01-2021, 23:30


    Son vaxtlar ölkə xaricində yaşayan ailə başçılarının alimentdən yayınması, kənarda yaşadıqları üçün özlərini asanlıqla məsuliyyətdən kənar tutmaları hallarına tez-tez rast gəlirik. Xüsusən də ölkəmizdə el adəti ilə evlənib, gedib Rusiyada maşaların, nataşaların tilovuna düşənlər nəinki həyat yoldaşlarını, övladlarını da unudurlar. Boşanma halı baş verəndə də sərhəddən kənarda yaşamaqla məsuliyyətdən yaxa qurtarmağa çalışırlar.
    Ölkə sərhədlərindən kənarda yaşayan, Azərbaycanda nikaha daxil olsalar da, aliment verməkdən boyun qaçıranlara qarşı hansı tədbir görülməlidir?
    Bu sualla bağlı Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Adil Əbilova müraciət etdik.
    Adil Əbilov sualımıza cavab olaraq Azadmedia.az saytına bildirdi ki, əgər aliment ödənilmirsə, bu məsələ ilə bağlı Azərbaycanda məhkəmə qərarı çıxarılmalıdır, ondan sonra göndərilməlidir Rusiyaya, yaxud atanın yaşadığı hər hansı bir dövlətə. Yani, boşanma qərarı hansı məhkəmədə verilibsə, qərarı çıxaran həmin məhkəməyə müraciət etmək lazımdır, həmin məhkəmə müvafiq konvensiya üzrə sənədləri hazırlayıb təqdim etməlidir Ədliyyə Nazirliyinə. Nazirlik isə xarici dövlətin Ədliyyə Nazirliyinə müraciət edəcəkdir ki, həmin qərar bu ölkə ərazisində tanınsın və icraya yönəldilsin.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR