AzadMedia.az xəbər verir ki, Milli Məclis fevralın 1-də keçiriləcək yaz sessiyasının ilk iclasının gündəliyini açıqlayıb. Milli Məclis keçirəcəyi ilk iclasa 19 məsələ daxil edilib.
Keçirilən iclasda 2021-ci ilin yaz sessiyasının qanunvericilik planı haqqında məsələ, Milli Məclisin İntizam Komissiyasının yenidən təşkil edilməsi haqqında, “Məşğulluq haqqında” “Normativ hüquqi aktlar haqqında”, “Yol hərəkəti haqqında”, “Notariat haqqında” və.s qanunlara dəyişikliklər layihəsi iclasın gündəliyinə daxil edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.