Azərbaycanda son sutkada koronavirusa 142 yeni yoluxma faktı qeydə alınıb, 399 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 229 935 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 222 553 nəfər müalicə olunaraq sağalıb, 3 119 nəfər vəfat edib, aktiv xəstə sayı 4 263 nəfərdir.
Ölkədə son sutka ərzində 7 342, hazırkı dövrədək isə 2 394 476 test aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.