Azərbaycanda nazir müavini vəzifəsindən azad edildi
![]()
Təhsil Nazirliyində kadr islahatı olub.
AzadMedia.Az-ın məlumatına görə, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən azad edilib.
Onun adı nazirliyin rəsmi saytının struktur bölməsindən də çıxarılıb.
M.Vəliyeva 2018-ci ilin iyunun 27-də təhsil nazirinin müavini vəzifəsinə təyinat almışdı.
Qeyd edək ki, bununla bağlı ilk məlumatı “Report” yayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.