AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Medvedev: “Qarabağ münaqişəsinin nizamlanması Türkiyə ilə müzakirə edilməlidir”

  • + A
  • - A
  • 1-02-2021, 13:46

    Qarabağ münaqişəsinin nizamlanması Türkiyə ilə müzakirə edilməlidir, bu regionun reallığıdır.

    “RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib.

    “Türkiyə bizim qonşumuz və çox vacib bir tərəfdaşımızdır. Azərbaycan üçün də çox yaxın ölkədir. Bu amil göz ardı edilə bilməz”, - deyə o, vurğulayıb.

    Onun sözlərinə görə, Moskva və Ankara məhsuldar dialoq qurublar, iki ölkə prezidentləri bu mövzuda davamlı ünsiyyətdədirlər, ümumi işlər üçün Türkiyə və Rusiya hərbçilərinin iştirak etdiyi xüsusi nəzarət mərkəzi yaradılmasına qərar verilib.

    Qeyd edək ki, 2020-ci ilin noyabrın 11-də Rusiya və Türkiyə hərbi qurumlarının rəhbərləri tərəfindən imzalanmış memoranduma müvafiq olaraq yanvarın 30-da Ağdam rayonunun Qiyaməddənli kəndində Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzi açılıb.

    “Bu, həm də ümumi sabitləşmə elementidir. Ancaq bunu bəzi uzunmüddətli siyasətin elementi kimi qiymətləndirməzdim və ya burada konspioroloji nəzəriyyə qurmazdım. Sadəcə bölgəmizdə mövcud olan reallıqları nəzərə almalıyıq. Reallıq isə budur ki, bu gün bu məsələ Türkiyədən olan tərəfdaşlarla müzakirə edilməlidir”, - deyə Medvedev vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR