Türkiyədə gün ərzində koronavirusla bağlı müşahidə edilən vəziyyət açıqlanıb.
AzadMedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son 24 saatda 145 min 067 koronavirus testi aparılıb, onlardan 7 min 909-u müsbət çıxıb.
Gün ərzində 113 nəfər COVID-19-dan ölüb. Bununla ölənlərin sayı ümumilikdə 26 min 467-yə yüksəlib.
8 min 815 nəfər xəstəlikdən sağalıb ki, bununla da ümumi sağalanların sayı 2 milyon 508 min 988-ə çatıb. Ağır xəstələrin sayı 1501 təşkil edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.