AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə MN-dən Birgə Mərkəzin fəaliyyəti ilə bağlı açıqlama - Fotolar

  • + A
  • - A
  • 5-02-2021, 21:40


    “Azərbaycanın Ermənistan işğalından azad etdiyi Dağlıq Qarabağda atəşkəsə nəzarət məqsədilə qurulan Türkiyə-Rusiya Birgə Mərkəzi fəaliyyətini davam etdirir”.

    “Qafqazinfo”nun məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir.

    Bildirilib ki, mərkəzdə atəşkəsə nəzarət PUA-lar vasitəsilə həyata keçirilir və görüntülər əldə edilərək, müşahidə aparılır.

    Dörd hektar ərazidə qurulan mərkəzin təhlükəsizliyinə Azərbaycan əsgərləri nəzarət edir.

    Mərkəzdə atəşkəsin pozulması ilə bağlı məlumatların toplanması, birləşdirilməsi və təsdiqlənməsinin təşkili həyata keçirilir.

    “Burada müşahidə aparılır. PUA və digər qaynaqlardan alınan məlumatlar dəyərləndirilərək, qeyd edilir. Lazımi şikayətlər, mövzular və problemlər təhlil olunur, atəşkəsin pozulmasını əngəlləmək üçün tədbirlər görülür”, - məlumatda deyilir.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR