AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

VI çağırış deputatlardan daha çox gənclərə xalq tərəfindən üstünlük verildi

  • + A
  • - A
  • 7-02-2021, 17:49



    Azadmedia.az Media Qrupu "Qonağımız var" layihəsini davam etdirir. Layihəmizin bugünkü qonağı Beynəlxalq dərəcəli idman ustası, Kəpəz Seçki Dairəsindən deputat seçilmiş millət vəkili Müşfiq Cəfərovdur.

    - Müşviq müəllim, siyasət və idman arasında oxşarlıq varmı?


    - Heydər Əliyev Respublika fəallarının yığıncağında çıxış edərkən demişdir: “Kütləvi idman işinin inkişafına rəhbərlik böyük siyasi əhəmiyyətə malik işdir, çünki xalqın sağlamlığına bizim dövlət qayğımız həmişə böyük əhəmiyyət vermişdir və indi də verir”.

    XX əsrin ən mühüm ictimai hadisələrindən olan idmanı cəmiyyətdə baş verən sosial-iqtisadi və siyasi dəyişikliklərdən kənarda təsəvvür etmək mümkün deyil. Belə ki, idman və siyasət bir-biri ilə sıx bağlıdır. İdmançının müxtəlif idman yarışlarında, Olimpiya Oyunlarında qələbəsi təmsil etdiyi ölkənin beynəlxalq səviyyədə qələbəsi kimi qiymətləndirilir. Fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançının şərəfinə dövlət bayrağı qaldırılır və dünyanın bütün musiqi əsərlərindən əzəmətli hesab edilən dövlət himni səsləndirilir. Bu, idmançının təmsil etdiyi ölkənin hər hansı beynəlxalq iclasda və ya assambleyada siyasət sahəsində qazandığı uğura bərabər hesab edilir. Demək olar ki, Olimpiya çempionlarımızın uğurları elə müstəqil Azərbaycan dövlətinin nailiyyətidir. İdmançılarımızın beynəlxalq yarışlarda, qitə birinciliklərində əldə etdiyi saysız-hesabsız qələbələr doğma Azərbaycanımızın dünya ölkələri arasında daha yaxşı tanınmasında əhəmiyyətli rol oynayır.


    - Keçən ili uğurlu saymaq olarmı? Əsas sizin üçün nə ilə yadda qaldı? Bu ildən gözləntiləriniz nədir?

    - Düşünürəm ki, Milli Məclisin nümayəndələrinin 2020-ci il üçün fəaliyyəti kifayət qədər ürəkaçan oldu. Ümumiyyətlə, VI çağırış deputatlardan daha çox gənclərə xalq tərəfindən üstünlük verildi. Martın 10-da ilk iclasda cənab Prezidentin çıxışında da qeyd etdiyi kimi, VI çağırışdan xalqın da, dövlətin də böyük gözləntiləri vardı. Fikrimcə 2020-ci il fəaliyyətimiz bu gözləntiləri doğrultdu. Mən öz müşahidələrimə əsasən deyə bilərəm ki, Milli Məclisin fəaliyyəti əvvəlki dövrlərlə müqayisədə tam fərqli və dinamik idi. Pandemiya dövründə Milli Məclisin deputatları seçicilərini daim diqqətdə saxladılar. Bunun əyani sübutları da mediada, sosial şəbəkələrdə əks olundu. Aztəminatlı ailələr xüsusilə diqqət mərkəzində saxlanıldı.
    Müharibə vaxtı bütün Azərbaycan bir yumruq oldu. Hər kəs öz vəzifəsini layiqincə yerinə yetirdi. Deputatlar xarici və yerli mətbuatda daim çıxışlar etdilər. Xüsusilə xarici mətbuatda Gəncə və Bərdə terrorizmi işıqlandırıldı. Haqq səsimizi dünyaya çatdıra bildik.

    2020-ci il nəinki mənim üçün, bütün Azərbaycan üçün təzadlı bir il olaraq yaddaşlarda qalacaq. Belə ki, həm Şəhidlərimizin kədəri, müharibənin törətdiyi fəsadlar, həm də qələbə sevinci...

    - Millət vəkili kimi hansı qanunların daha tez qüvvəyə minməsində maraqlısınız?

    - Ümumiyyətlə, mən düşünürəmki, bəzi qanunlarda kiçik boşluqlar var. Həmin boşluqların doldurulması həmçinin istisnaların və alternativlərin hazırlanmasını və qəbul olunmasını arzu edərdim. Konkret bir sahə üzrə deyil, müəyyən sahələr var ki, artıq mexanizm o qədər dəyişib ki, qanunlar da yenilənməli, üzərində işlənməlidir.


    - Pandemiya dövrü seçicilərinizlə ünsiyyətə mane olurmu? Necə qurursuz görüşləri?

    - Pandemiya dövrü vətəndaşlarla işə mane olmadı. Mütəmadı, karantin qaydalarını nəzərə alaraq görüşlər keçirildi. Həm artıq sosial şəbəkələrin, virtual ünsiyyətin verdiyi üstünlüklərdən də bəhrələndik. Sosial şəbəkələr vasitəsilə də görüşlərimiz oldu, hətta daha çox onlayn şəkildə baş tutdu görüşlərimiz. Ümumiyyətlə, vətəndaş müraciətlərin əksəriyyəti onlayn platformalardan olur.

    - Nəhayət ənənəvi sual. Seçicilərinizlə görüşdə onların ən çox arzuları, istəkləri nə olur? Nə dərəcədə nail olursunuz onların istək və problemlərinin həllinə?

    - Adətən vətəndaşlar sosial məsələlərlə bağlı müraciətlər edirlər. Maksiumum vətəndaş məmnunluğuna nail olmağa çalışırıq. İş prinsipimiz də budur ki, vətəndaşın problemi sahəsində əməli addım ataq. Hər sahədə olan müraciəti diqqət mərkəzində saxlayıb həlli istiqamətində işləyirik.

    - Müsahibə üçün təşəkkür edirəm.

    - Buyurun.

    Hazırladı: Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR