AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat İlham Məmmədov Yevlaxda şəhid ailələri ilə görüşüb

  • + A
  • - A
  • 8-02-2021, 18:14

    Deputat İlham Məmmədov Yevlaxda şəhid ailələri ilə görüşüb

    8 Fevral 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov Yevlax şəhərində şəhid ailələri ilə və Vətən müharibəsinin iştirakçısı ilə görüşüb. İlk öncə Vətən müharibəsi şəhidi Elton Məmmədovun , Sadiq Səmədovun ailələri ilə görüşən İlham Məmmədov daha sonra Vətən müharibəsində yaralanmış Ceyhun Salmanovla görüşüb onlara cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə diqqət və qayğısından və dövlət tərəfindən yardaılmış şəritdən danışıb. İlham Məmmədov şəhid ailələrinin və qazilərin qayğılarının, problemlərinin hər zaman dövlətin qarşısında dayana bir nömrəli həll edilməli olduğu məslələr olduğunu qeyd etmişdir. Səmimi söhbət zamanı şəhid ailələri dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minəttdarlıqlarını bildirmiş, dövlətimizin Vətən müharibəsində əldə edilmiş uğurlarına görə onlara minnətdarlıqlarını bildirmişlər. Onlar bütün bu uğurların cənab Prezidentin güclü dövlət quruculuğu, güclü ordu quruculuğu və siyasi iradəsi nəticəsində əldə edildiyini qeyd etmişlər. İlham Məmmədov da öz növbəsində hər zaman şəhid ailələrini və qaziləri diqqətdə saxlaycağını, onların qayğılarını öz qayğıları kimi qəbul edəcəyini bildirmiş, müraciət və təkliflərini dinləmişdir. Görüşdə səsləndirlən təklif və müraciətlərlə bağlı qeydlər götürlümüş həlli ilə bağlı aidiyyatı qurumlara müraciət ediləcəyi bildirlmişdir.














    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR