Xəbər verdiyimiz kimi, bu gün Babək prospektində yerləşən “Baku Medical Plaza”da yanğın baş verib.
Hadisə ilə bağlı klinikanın “Instagram” səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, “Baku Medical Plaza” klinikasının Babək filialının ikinci korpusunda avtoklav cihazında qızma nəticəsində tüstülənmə baş verib.
“Hadisə qısa vaxt ərzində lokallaşdırılıb. Havalandırma pərdəsi ilə tüstü mərtəbələrə daxil olduğundan xəstələr birinci korpusa müvəqqəti təxliyyə edilib. Hadisə nəticəsində insan həyatı üçün hər hansı təhlükə olmayıb” – deyə, bildirilib.