AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DİN-dən 30-dan çox yüksək rütbəli şəxsin işdən azad olunmasına REAKSİYA - YENİLƏNİB

  • + A
  • - A
  • 10-02-2021, 12:17


    Suraxanı Rayon Polis İdarəsində 30-dan çox vəzifəli şəxsin guya işdən çıxarılmasına dair bəzi elektron kütləvi informasiya vasitələrində yayımlanmış məlumatlar həqiqəti əks etdirmir.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

    Bildiririk ki, cari ilin yanvar ayında həmin qurumda plan üzrə inspeksiya keçirilərək nəticələrinə əsasən qərar qəbul edilib. Qərara əsasən, xidməti fəaliyyətdə yol verdiyi nöqsanlara görə idarənin və onun tabeliyində olan bölmələrin bir neçə əməkdaşı tutduğu vəzifədən aşağı vəzifəyə keçirilib, bir qrup əməkdaşa digər intizam tənbehləri verilib, daha bir qisminin xidmət yeri bərabər vəzifəyə dəyişdirilib:

    “Qeyd edilməlidir ki, daxili işlər orqanlarında aparılan belə yoxlamaların məqsədi idarəetmənin təkmilləşdirilməsi, cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması, insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, mülkiyyətinin, hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsidir.

    Eyni zamanda, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması, gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi, əməkdaşların tapşırılmış sahəyə cavabdehliyinin və məsuliyyətinin daha da artırılmasıdır”.

    09:46

    Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakının Suraxanı Rayon Polis İdarəsinin 30-dan çox yüksək rütbəli əməkdaşını işdən uzaqlaşdırıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin şəxslər nöqsanlara görə sərəncama götürülüb.

    Belə ki, ötən il noyabrın sonunda nazirin əmri ilə Suraxanı RPİ rəisi, polis polkovniki Namiq Həsənov vəzifədən azad edilərək, DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi təyin olunub.

    Bir ay sonra isə Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Nemətov Suraxanıya rəis təyin edilib.

    S.Nemətov vəzifənin icrasına başlayan kimi nazirliyə müraciət edərək kompleks yoxlama keçirilməsini istəyib. İdarədə aparılan araşdırmalar nəticəsində çoxlu nöqsanlar aşkar edilib və yekun nəticə nazirə məruzə olunub.

    Bunun əsasında Suraxanı RPİ-nin Cinayət Axtarış İdarəsinin rəisi, İstintaq İdarəsinin rəisi, İdarəyə tabe olan 30-cu Polis Şöbəsinin, 31, 32 və 33-cü Polis Bölmələrinin rəis müavinləri, 31-ci Polis Bölməsinin rəisi İman Mehdiyev və digər yüksək rütbəli polis əməkdaşları nazirin əmri ilə vəzifədən çıxarılaraq sərəncama götürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR