Ötən il sərt karantin rejimində Yasamal rayonunda keçirilən geniş əməliyyat zamanı vətəndaşlara qarşı fiziki təzyiqləri ilə gündəmə gələn polis kapitanı Şəhriyar Hüseynzadə işdən çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə kapitan Şəhriyar Hüseynzadə xidmətdə törətdiyi nöqsanlara, eləcə də dəfələrlə 30-cu Polis Şöbə və RPİ rəhbərliyinin iradlarından nəticə çıxarmadığına görə vəzifəsindən azad edilib.
Qeyd edək ki, Ş. Hüseynzadənin atası Ağcabədi rayon icra başçısı Rafil Hüseynov, qayınatası isə Suraxanı rayon icra başçısı Əziz Əzizovdur.
O, Yasamal RPİ-nin əməkdaşı olub, həmin hadisədən sonra isə Suraxanıya göndərilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.