ABŞ-ın keçmiş prezidenti Donald Trampın impiçmentinə dair məhkəmədə prokurorlar televiziya izləyicilərindən uşaqları televiziya ekranlarından kənarlaşdırmalarını istəyib.
Bu barədə “RİA Novosti” xəbər verir.
“Valideynləri və müəllimləri gəncləri seyr etdikləri şeyləri diqqətlə izləməyə çağırırıq. Əgər izləməsinə icazə vermək qərarına gəlibsinizsə, o haman zəhmət olmasa yanlarında olun”, - deyə Baş Prokuror, Nümayəndələr Palatasının üzvü Ceymi Raskin bildirib.
O, proses zamanı “narahat edən zorakılıq” görüntülərinin yayımlanacağı barədə xəbərdarlıq edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.