Ermənistan KİV-i Azərbaycan Ordusu tərəfindən 10 noyabrda əsir götürülmüş, Livan və Ermənistan vətəndaşı olan Maral Nacaryan haqqında məlumat yayıb.
Fevralın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin işçiləri Azərbaycan əsirliyində olan Livan ermənisi Maral Nacaryanı ziyarət ediblər. Livan Qırmızı Xaç təşkilatı Maralın ailəsinə sağlamlıq vəziyyətlərinin yaxşı olduğunu deyib. Bu barədə Maralın bacısı Ani Nacaryan erməni saytına danışıb.
Ani Nacaryan qeyd edib ki, Maralın əsirlikdən azad edildiyi barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.(xalq.az)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.