G7 ölkələrinin görüşü keçiriləcək
Böyük Yeddilik ölkələrinin pandemiya və vaksinasiya problemlərinə həsr olunmuş görüşü keçiriləcək.
Azadmedia.az xəbər verir ki, görüş fevralın 19-da videokonfrans formatında təşkil olunacaq.
Almaniya, İtaliya, Kanada, ABŞ, Yaponiya, Fransa və Britaniya rəsmiləri pandemiya ilə bağlı aktual məsələləri və mövcud problemləri müzakirə edəcəklər.
Qeyd edək ki, bu, 2020-ci ilin aprel ayından etibarən Böyük Yeddilik ölkələrinin ilk görüşü olacaq.