AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şərurun kəndi Sədərəyin tərkibinə verilir

  • + A
  • - A
  • 16-02-2021, 17:46


    Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilir.

    Bunu Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deputat Səttar Möhbalıyev “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” layihəsi barədə məlumat verərkən deyib.

    Layihəyə əsasən, həmçinin Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 hektar torpaq sahəsi Sədərək rayonunun inzibati ərazisinə birləşdirilir.

    Deputat qeyd edib ki, bununla bağlı “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda da müvafiq düzəlişin edilməsi nəzərdə tutulub.

    Bu dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, ərazi vahidlərinin sosial-iqtisadi problemlərinin həlli, vətəndaşların və dövlət orqanlarının qarşılıqlı münasibətlərinin daha da yaxşılaşdırılması məqsədi ilə aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR