Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi Milli Məclisə daxil olub.
Bu barədə Azadmedia.Az Milli Məclisdən məlumat əldə edib.
Məruzə parlamentin Regional məsələlər komitəsinin fevralın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
İclasda həmçinin “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olunacaq.
Deputatlar komitə iclasında “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi ətrafında da müzakirələr aparacaqlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.