Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədr müavini təyin olunub.
Bu barədə müvafiq sənəd imzalanıb.
Sənədə əsasən, bu vəzifəyə Sahib Nağıyev Novruz oğlu təyinat alıb. Bununla da Dövlət Komitəsi sədrinin müavinlərinin sayı 4-ə çatıb.
Qeyd edək ki, S.Nağıyev 1966-cı ildə Gəncə şəhərində anadan olub. O, Yaxın Şərq ölkələri üzrə mütəxəssisdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.