AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AzadMedia.az-ın Redaktoru Ülkər Piriyeva Ankaradakı Prezident Millət Kitabxanasından yazır..

  • + A
  • - A
  • 24-02-2021, 08:04


    "Azərbaycanlı Jurnalistlər Ankarada Prezident Millət Kitabxanasında"

    AzadMedia.az oxuyucularına xüsusi olaraq, Ankarada yerləşən Prezident Millət Kitabxanası (Cumhurbaşkanlığı Millet Kütüphanesi) və bütün detalları ..

    Fevral ayının ikinci həftəsində Azərbaycanlı jurnalist heyəti Türkiyə Cumhuriyyəti Mədəniyyət və turizm Nazirliyinin dəvəti ilə “Safe Tourism” proqramı çərçivəsində Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərində səfərdə oldu.

    Azərbaycanın bir çox xəbər portalları ilə bərabər, AzadMedia.az xəbər portalı da eyni səfərin iştirakçısı oldu.
    Jurnalistlər Türkiyənin siyasət şəhəri və eyni zamanda paytaxtı Ankarada bir çox mədəniyyət nümunələrini zəyarət etdi.
    Səfər ərəfəsində, Azərbaycanlı jurnalistlər Prezident Millət Kitabxanasında - (Cumhurbaşkanlığı Millet Kütüphanesi) da oldular..





    Çağdaş dünyanın ən gözəl sənət əsərlərindən biri olan və müasir zamanın tələblərinə hərtərəfli şəkildə cavab verən Millət Kitabxanası bir çox nəzərəçarpan detalları ilə həftənin 7 günü 24 saatı fəaliyyətdədir.
    Belə ki, Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanın açılışını etdiyi Türkiyə Cümhuriyyəti, Səlcuqlu, Osmanlı və çağdaş memarlıqdan ilham alan kitabxana, 7 gün 24 saat boyu oxucularına xidmət göstərir.

    Kitabxanadan AzadMedia.az-a verilən məlumata görə, inşaat işlərinə 2016-cı ildə başlanan kitabxana 125 min kvadratmetr qapalı sahəyə malikdir və eyni zamanda 5 min nəfərə xidmət göstərmək gücünə sahibdir.
    Kitabxanada 4 milyon çap, 120 milyondan çox elektron nəşr, 550 min elektron kitab və nadir əsər var.
    Bununla bərabər, kitabxanaya Türkiyədə nəşr olunan bütün nəşrlərin bir nüsxəsi gəlməkdədir.
    Öncəliklə, Kitabxana və Çap Müdirliyi 2016-cı ilin may ayında qurulduqdan sonra Prezident Kompleksi, İstanbul və Afyonkarahisarda təxminən 300 nəfər şəxs kitabxana üçün çalışmalara başlamışdır.

    Kitabxanada çap edilmiş mənbələrə əlavə olaraq, elektron abunəçilərə də, 100 fərqli ölkədən 134 fərqli dildə çap olunmuş kitablar, uzunluğu 201 kilometr olan rəflərdə 120 milyon məqalə və reportaj şəklində saxlanılmaqdadır.
    Əlavə olaraq, TÜBİTAK-ULAKBİM tərəfindən universitetlərə və araşdırma kitabxanalarına təqdim olunan EKUAL (Elektron Qaynaqlar Milli Akademik Lisenziyası) üzvü olan kitabxanada, bu əhatədəki verilənlər bazaları və elektron nəşrlər də istifadəyə açıqdır.
    Türkiyənin ən böyük kitabxanası olmaqdan ziyadə, həm də, Prezident Milli Kitabxanası kitab kolleksiyası və xidmətləri baxımından dünyanın qabaqcıl kitabxanalarından biri halına gəlib.

    Kitabxanada eyni zamanda, 5-10 yaşlı istifadəçilər üçün Nəsrəddin Hoca Uşaq Kitabxanası, 10-15 yaşlı istifadəçilər üçün Gənclik Kitabxanası və Səs və Görüntü Kitabxanası, Nadir Əsərlər Kitabxanası, Tədqiqat Kitabxanası, Cihannüma Zalı, Dövri Nəşrlər Zalı, Səlcuqlu Muzey və Sərgi Zalı, Anadolu Zalı, Divan Zalı , Kitab Şəfaətxanası, bundan başqa, 500 nəfərlik konfrans salonu, texnologiya dərsləri, peşə təhsili sinifləri, xüsusi qrup iş və film izləmə platformaları, yemək salonları, seminar salonları, ibadət otağı, işçilər üçün və istirahət üçün əlavə məkanlar mövcuddur.

    16 sütunlu Cihannüma Salonunda - Dünya Kitabxanası
    Tarixdə 16 Türk Dövlətini təmsil edən 16 sütuna sahib olan Cihannüma Salonu, 224 nəfərlik oturma qabiliyyətinə və 3 min 500 kvadratmetrlik bir ərazidə təxminən 200 min kitab kolleksiyasına malikdir.
    Bundan başqa möhtəşəm salonun günbəzində Ələk surəsinin 4 və 5-ci ayələri "O, qələmlə yazmağı öyrədəndir, insana bilmədiklərini öyrədəndir" yazılıb.

    Kitabxanadan xarici vətəndaşlar necə istifadə edə bilər?
    Kitabxanadan istifadə etmək istəyən Türkiyə vətəndaşları, elektron hökumət vasitəsi ilə üzv olmaq üçün yeni şəxsiyyət vəsiqəsi ilə daxil ola biləcəklər. Keçmiş şəxsiyyət sahibləri qapıdan alacaqları müvəqqəti vəsiqə ilə kitabxanaya daxil ola biləcəklər.

    Xarici vətəndaşlar isə pasportlarına qarşı verilmiş müvəqqəti giriş kartları ilə kitabxana xidmətlərindən yararlana bilər.




























    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR