AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş nazir: “Bahalaşmaya qarşı müvafiq tədbirlər görüləcək”

  • + A
  • - A
  • 16-03-2021, 17:42



    Milli Məclisin iclasında Baş nazir Əli Əsədov deputatların təklifləri barədə danışıb.

    AzadMedia.Az-ın məlumatına görə, Ə.Əsədov qeyd edib ki, qaldırılan məsələlər, səslənən təkliflər istiqamətində araşdırmalar aparılacaq.

    O bildirib ki, hökumət tərəfindən lazımi işlər görüləcək. Baş nazir məhsulların qiymətlərin bahalaşmasından da danışıb.

    “Hökumət tərəfindən süni qiymət artımına qarşı müvafiq tədbirlər görüləcək. Bahalaşma bəzən bizdən asılı olmur. Belə ki, idxal edilən məhsulların özünün qiyməti istehsal edilən ölkələrdə qalxır, bizə baha gəlir”, - deyə Ə.Əsədov əlavə edib


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR